dayanıqlı dəstək
birlikdə güclənək!
xəbər alın
“Daha yaxşı gələcək üçün daha yaxşı pambıq”
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası (APİA) pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerləri, aqro-holdinqləri və digər tərəfdaşları birləşdirən qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanın əsas məqsədi pambıq istehsalında davamlılıq, innovasiya və sosial məsuliyyət prinsiplərini təşviq etməkdir.
Daha dayanıqlı pambıqçılıq üçün birlikdə çalışaq
Pambıqçılıq sahəsində dayanıqlı inkişafı təşviq edirik.
Bu platforma ilə pambıq istehsalçılarını bir araya gətirməklə, dayanıqlı kənd təsərrüfatı modellərinin tətbiqinə dəstək olmaq üçün çalışırıq.
Davamlı pambıqçılıq dəstəyi
Assosiasiya olaraq üzv fermer və şirkətlərə dayanıqlı pambıq standartları üzrə texniki məsləhət, sahə üzrə biliklər və məlumatlılıq təşəbbüsləri ilə dəstək veririk.
Sosial və ekoloji məsuliyyət
İşçi hüquqlarının qorunması, layiqli əmək, təmiz istehsal və su, torpaq resurslarının düzgün idarəsi üzrə məlumatlandırma və təşviqat işləri aparırıq.
- Fermerlərə təlim və texniki məsləhət
- Dayanıqlı pambıqçılıq standartlarının təşviqi
- Sosial məsuliyyətin təşviqi
- Sektorun maraqlarının təmsil olunması
26+
İllik Artım Tonla Məhsul İstehsalı
APİA və fəaliyyətimiz haqqında suallar
Assosiasiyamıza üzvlük, fəaliyyət istiqamətlərimiz və dayanıqlı pambıq istehsalı ilə bağlı ən çox verilən sualların cavablarını burada tapa bilərsiniz.
APİA nədir
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası (APİA), pambıq sektorunda dayanıqlı və effektiv inkişafı təşviq edən qeyri-kommersiya təşkilatıdır.
APIA necə üzv olmaq olar?
APIA üzvlüyü üçün müraciət etmək istəyən şəxslər veb-saytımızın “Əlaqə” bölməsinə keçid etməli və təqdim olunan forma vasitəsilə tələb olunan bütün məlumatları tam və düzgün şəkildə doldurmalıdırlar. Müraciətiniz təsdiqləndikdən sonra tərəfimizdən sizinlə əlaqə saxlanılacaq.
Kimlər üzüv ola bilər?
APIA-ya pambıqçılıq sahəsində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üzv ola bilər. Buraya pambıq istehsalı ilə məşğul olan fermerlər, aqrar və agro-sənaye şirkətləri, habelə pambığın tədarükü, emalı və ixracı ilə məşğul müəssisələr daxildir. Bununla yanaşı, sahə üzrə mütəxəssislər, ekspertlər, tədqiqat və təlim qurumları da üzvlük üçün müraciət edə bilərlər. APIA pambıq sektorunda fəaliyyət göstərən hər kəsi əməkdaşlığa və birgə inkişaf məqsədilə təşkilata qoşulmağa dəvət edir.
BCI nədir?
BCI (Better Cotton) pambıq istehsalının daha dayanıqlı və məsuliyyətli formada həyata keçirilməsini təşviq edən beynəlxalq təşəbbüsdür. Məqsədi fermerləri ekoloji dost, sosial məsuliyyətli və iqtisadi baxımdan effektiv pambıqçılığa yönləndirməkdir. Bu standartla yetişdirilən pambıq dünya üzrə aparıcı brendlər tərəfindən tanınır və dəstəklənir.





